15 
Okt
2019
15:11
21
602
8535
Virtual karabakh

Terrorçular Türkiyə hərbi hissələrinə hücum etdi - Ordu şəhid verdi

15 Okt, 2019
15:11
8535

Terrorçular Türkiyə hərbi hissələrinə hücum etdi - Ordu şəhid verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın Tel-Rıfat bölgəsində terrorçu PKK/PYD qruplaşması Münbiç bölgəsində Türkiyə hərbi hissələrinə hücum edib.

Hücum zamanı bir hərbçi şəhid olub, səkkizi isə yaralanıb. Türk ordusunun əks hücumu zamanı 15 terrorçu öldürülüb.  

PKK/YPG terror qruplaşmalarının Suriyanın Hasəkə şəhərinin Dərbəsiyə qəsəbəsindən Mardin şəhərinin Qızıltəpə rayonunda yerləşən Taşlıca Məhəlləsinə havadan hücumu zamanı isə iki vətəndaş ölüb, on ikisi yaralanıb.

Qeyd edək ki, Türkiyə hərbçilərinə hücum oktyabrın 11-də olub.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar zamanı 560 terrorçu zərərsizləşdirilib. 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri