18 
İyl
2014
18:47
10
58
1945
Virtual karabakh

ABŞ kəşfiyyatı: Təyyarəni separatçılar vurub

18 İyl, 2014
18:47
1945

ABŞ kəşfiyyatı: Təyyarəni separatçılar vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənbə kəşfiyyatın ilkin məxfi analizi ilə tanış olub.

ABŞ kəşfiyyatı Ukrayna səmasında Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin ölkənin şərqindəki Rusiyayönümlü separatçılar tərəfindən vurulduğu qənaətinə gəlib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə CNN ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Həmin mənbə kəşfiyyatın ilkin məxfi analizi ilə tanış olub.

Qeyd edək ki, Ukrayna hakimiyyəti təyyarənin ölkənin şərqində fəaliyyət göstərən separatçı-terrorçu qruplar tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu hadisədən bir qədər sonra açıqlayıb. Bu barədə sübutlar BMT-yə və digər beynəlxalq qurumlara təqdim ediləcək. Ukraynanın daxili işlər naziri Arsen Avakov “Buk” sisteminin bu gün Ukraynadan çıxarılaraq sərhəd xəttinin nəzarətsiz nöqtəsindən Rusiyaya aparıldığını deyib və bu barədə video yayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri