17 
Okt
2019
17:33
36
186
5191
Virtual karabakh

Rusiya ballistik və qanadlı raketlər atdı

17 Okt, 2019
17:33
5191

Rusiya ballistik və qanadlı raketlər atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilən “İldırım-2019” strateji təlimləri zamanı ballistik və qanadlı raketlər sınaqdan keçirilib.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, təlimdə strateji qüvvələr, dəniz və aviasiya gücləri iştirak edib.

Raketlərin buraxılışına Milli Müdafiə İdarəetmə Mərkəzi tərəfindən nəzarət edilib.

Təlimlər zamanı Barens və Oxot dənizindəki sualtı gəmilərdən Kamçatka və Arxangelsk bölgəsindəki təlim meydanlarına ballistik raket atılıb.

Eyni zamanda, Şimal və Xəzər donanmalarına məxsus gəmilər sahil hədəflərinə qanadlı raketlər buraxıblar.

Rusiya Müdafiə Nazirliyi tapşırıqlarının tamamlandığını, bütün raketlərin hədəflərə çatdığını bildirib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri