19 
Okt
2019
05:09
24
70
3851
Virtual karabakh

İlon Mask zarafatçıl dəvətdən sonra Krasnodarda çıxış etdi – VİDEO

19 Okt, 2019
05:09
3851

İlon Mask zarafatçıl dəvətdən sonra Krasnodarda çıxış etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı biznesmen İlon Mask Krasnodarda (Rusiya) keçirilən forum iştirakçılarının qarşısında çıxış edib.

Çıxışın video görüntüsünü “Yuqa.ru” portalı yayımlayıb.

Maskı foruma maraqlı şəkildə dəvət ediblər. Təşkilatçılar “SpaceX” şirkətinin qabağında bilbord icarəyə götürüb orada böyük hərflərlə “Buna nə deyərsən, İlon Mask?” yazıblar və yanında tədbirin saytına aparan QR-kod yerləşdiriblər.

Video bağlantı vasitəsi ilə forum iştirakçılarının qabağında çıxış edən Mask kreativ ideyanı bəyəndiyini və buna görə dəvəti qəbul etdiyini bildirib.

O, Rusiyada təhsilin yüksək səviyyədə olduğunu da qeyd edib. Binesmen, həmçinin rusiyalı mühəndis Aleksey İqnatyevin “Tesla” üçün hazırladığı tədqiqatlarla maraqlanıb və onları nəzərdən keçirəcəyinə söz verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri