19 
Okt
2019
09:40
113
36
4930
Virtual karabakh

İsrailin keçmiş səfiri bu qadına görə Rusiyanı ittiham etdi

19 Okt, 2019
09:40
4930

İsrailin keçmiş səfiri bu qadına görə Rusiyanı ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya İsraillə münasibətlərdə daimi olaraq böhranlar yaradır.

Oxu.Az xəbər verir ki, bunu İsrailin Rusiya və Ukraynadakı keçmiş səfiri Zvi Magen deyib.

O bildirib ki, Moskva İsrail vətəndaşlarını həbs etməyə cəhd göstərib və bu proses indi də davam edir.

Z.Magenin fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə şəxsi dostluğu belə narkotik alverinə görə həbs olunan israilli qadın Naama İssaharın sərbəst buraxılmasına kömək etmir.

Buna baxmayaraq, o, israilli qadının yaxın zamanlarda sərbəst buraxılacağını proqnozlaşdırıb.

Xatırladaq ki, İsrail vətəndaşı Naama İssahar Rusiyada qaçaqmalçılıq və narkotik maddə saxlamaq ittihamları ilə 7 il 6 ay həbs cəzasına məhkum edilib.

Şeremetovo hava limanından tranzit reyslə uçmağa hazırlaşarkən onun baqajından 9.6 qram narkotik maddə tapılmışdı.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri