20 
Okt
2019
04:16
230
51
4594
Virtual karabakh

Makqreqor zorlamada ittiham edilir

20 Okt, 2019
04:16
4594

Makqreqor zorlamada ittiham edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyalı qarışıq növlər üzrə (MMA) döyüşçü Konor Makqreqor zorlamada ittiham olunur. Bu barədə “Fox News” xəbər verir.

Telekanalın məlumatına əsasən, təcavüzün qurbanı 20 yaşlı qızdır. Bildirilir ki, hadisə Dublin barlarının birinin yanındakı avtomobil parkında baş verib.

Makqreqorun nümayəndələri bu məlumatı təkzib edərək bildiriblər ki, döyüşçü tez-tez şayiələrin qurbanı olur. İdmançıya qarşı hələ rəsmi ittiham irəli sürülməyib.

“New York Times” martın 26-da bildirmişdi ki, idmançının barəsində seksual zorakılıqla bağlı araşdırmalar aparılır. O, İrlandiya polisi tərəfindən dindirildikdən sonra buraxılıb.

Makqreqor dəfələrlə qanunla problemlər yaşayıb. Belə ki, 31 yaşlı idmançı cari ilin aprelində barda yaşlı adama hücum etməkdə ittiham olunur.

İdmançı, həmçinin mart ayında onun şəklini çəkməyə çalışan fanatın telefonunu sındırıb. Tərəflər məsələni məhkəmədən kənar həll edə biliblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri