20 
Okt
2019
08:54
75
164
7178
Virtual karabakh

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

20 Okt, 2019
08:54
7178

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın ən təhlükəli hərbi gəmisi “Admiral Nahimov” atom raket kreyseridir.

Belə bir qənaətə ABŞ-ın “Military Watch” jurnalı gəlib.

“Kreyserin düşmənin həlledici obyektlərini təyyarələr üçün 400 km və gəmilər üçün 1000 km olmaqla, ekstremal məsafədən hipersəs raketləri ilə vura bilməsi, onu bəlkə də,  Rusiyanın HDD-nın ixtiyarında olan ən təhlükəli hərbi gəmi edir”, - deyə materialda bildirilir.

Jurnalistlər qeyd ediblər ki, kreyserin əsas gəmiəleyhinə silahı düşmən obyektini 1000 km məsafədən 8 max sürətlə vura bilən “Sirkon” raketi olacaq.  Beləliklə də, o, ABŞ Hərbi Dəniz Qüvvələrinin ixtiyarında olan “Harpun” gəmiəleyhinə raketi üstələmiş olacaq. 

Nəşrin məlumatına əsasən, “Admiral Nahimov”, həmçinin, nüvə qurğularının hesabına uzun müddətə Rusiya sahillərindən aralıda ola bilər. Bundan savayı, kreyser ən müasir hava hücumundan müdafiə sistemi ilə təchiz olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri