20 
Okt
2019
10:43
25
585
5477
Virtual karabakh

Terrorçular atəşkəsi pozdu, türk əsgəri Suriyada şəhid oldu

20 Okt, 2019
10:43
5477

Terrorçular atəşkəsi pozdu, türk əsgəri Suriyada şəhid oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında bir türk əsgərinin şəhid olduğunu, digərinin isə yaralandığını açıqlayıb. 

Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, hadisə Tel Abyad bölgəsində terrorçuların atəşkəsi pozması nəticəsində baş verib. 

Türk ordusu cavab atəşi ilə qarşı tərəfi susdurub. 

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs imzalanmış, buna uyğun olaraq terrorçular Türkiyənin müəyyən etdiyi təhlükəsiz bölgəni tərk etməli idilər. Amma PKK/YPG/PYD silahlıları ara-sıra atəşkəs rejimini pozaraq anlaşmaya əməl etmirlər. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri