21 
Okt
2019
21:10
51
231
3398
Virtual karabakh

Türkiyənin ölkəmizdəki səfiri: Dünya bizə qarşı qara təbliğat aparır - VİDEO

21 Okt, 2019
21:10
3398

Türkiyənin ölkəmizdəki səfiri: Dünya bizə qarşı qara təbliğat aparır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Azərbaycandakı  səfirliyində “Barış Pınarı” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib. Səfir Erkan Özoral jurnlistlərin suallarını cavablandırıb: 

“Doqquz il ərzində Suriya daxilində gedən müharibədə Suriya xalqından sonra ən çox Türkiyə zərər görüb”. 

Səfir bildirib ki, hazırda Türkiyədə 3.6 milyondan çox suriyalı qaçqın var.

Erkan Özoral həmçinin “Barış Pınarı” və digər hərbi əməliyyatların Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət edəcəyini deyib. Səfir bildirib ki, əməliyyat zamanı sivil vətəndaşların zərər görməməsi üçün türk ordusu lazımi addımlar atır.

Erkan Özoral dünya mediasında bir çox saxta görüntülərdən istifadə olunduğunu da vurğulayıb, dünyanın Türkiyəyə qarşı qara təbliğat apardığını təəssüflə qeyd edib.

Qeyd edək ki, 120 saatlıq atəşkəsin müddəti sabah axşam saatlarında bitəcək və terrorçuların razılaşdırılan mövqelərə çəkilməyəcəyi təqdirdə “Barış Pınarı” əməliyyatı davam edəcək.

Səfir: "Dünya Türkiyəyə qarşı qara təbliğat aparır"
Aynur Kazımova

Bəhruz Abbasov

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri