Noy
2019
03:23
207
31
3564
Virtual karabakh

Suriya hökuməti illər ötdükdən sonra neft yatağını nəzarətə aldı

6 Noy, 2019
03:23
3564

Suriya hökuməti illər ötdükdən sonra neft yatağını nəzarətə aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya ordusu son bir neçə il ərzində ilk dəfə respublikanın şimal-şərqində yerləşən neft yatağını tutub.

“Sham FM” radiostansiyası xəbər verir ki, söhbət Rumeylan şəhərinin yaxınlığında yerləşən neft yatağından gedir.

Əvvəllər bu sahəyə hansı qüvvələrin nəzarət etməsi barədə açıqlama verilməyib.

Oktyabrın 24-də ABŞ rəhbərliyi Suriyadakı neft yataqlarını qoruyacağını və onları ələ keçirməyə cəhd edən qüvvələrə güclə cavab verəcəklərini bildirmişdi.

Buna cavab olaraq Suriya hökuməti ölkənin şimal-şərqindəki neft yataqlarının öz nəzarəti altına alınmasının vacibliyini vurğulayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri