22 
İyl
2014
09:54
43
2
2571
Virtual karabakh

“Qara qutular” Malayziya ekspertlərinə verildi – FOTO

22 İyl, 2014
09:54
2571

“Qara qutular” Malayziya ekspertlərinə verildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qara qutular” gecə yarısından sonra jurnalistlərin iştirakı ilə verilib.

“Donetsk Xalq Respublikası”ndan olan Rusiyayönümlü separatçılar qəzaya uğramış Malaysiya Airlines aviaşirkətinin “Boeing 777”nin “qara qutu”larını Malayziya ekspertlərinə veriblər.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, heç bir səbəb göstərilmədən bir neçə dəfə təxirə salınsa da bu qutular gecə yarısından sonra jurnalistlərin qarşısında ekspertlərə verilib.

Bundan öncə özünü DXR-nın baş naziri adlandıran Aleksandr Boroday nitq ilə çıxış edərək təyyarənin qəzaya uğrama məsuliyyətini Kiyev hakimiyyətinin üzərinə qoyub. Jurnalistlərin verdikləri məlumata görə, Malayziya nümayəndələri bütün bu müddət ərzində susaraq dinləyiblər.   

Xatırladaq ki, Amsterdamdan Kuala-Lumpura uçan Malaysiya Airlines şirkətinin MH117 reysi iyul ayının 17-də Donetsk vilayətinin yaxınlığında qəzaya uğrayıb.

Ukrayna hakimiyyəti və Qərb ölkələri təyyarənin “Donetsk Xalq Respublikası”nın ərazisindən buraxılan raket ilə vurulduğundan əmindirlər. Separatçılar isə qəza üçün məsuliyyəti təkzib edirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri