Noy
2019
15:19
10
482
8381
Virtual karabakh

Afrikada albinos uşağın əlini kəsdilər

7 Noy, 2019
15:19
8381

Afrikada albinos uşağın əlini kəsdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Afrikada yeddi yaşlı albinos qızın gecəyarısı naməlum şəxs tərəfindən əlinin kəsildiyi bildirilib.

Afrikanın bəzi bölgələrində cadu üçün əzaları kəsilən albinos uşaqlardan biri bu dəfə Zambiyanın şimalında Kitve şəhərində yaşayan yeddi yaşlı qız olub.

Belə ki, naməlum şəxs gecə yarısı evdə qardaşı ilə birlikdə yatan yeddi yaşlı albinos uşağı gizli şəkildə oğurlayıb və əlini kəsib.

Ailə üzvləri duyuq düşəndə qışqırmağa başlayıb və cinayətkar panikaya düşərək qaçıb.

Qeyd edək ki, Afrikada albinos olaraq həyatda qala bilmək çox çətindir. Belə ki, burada albinosları öldürərək onlardan caduda istifadə edirlər. Bəzi ölkələrdə hətta albinos və ya əlil uşaqların pis ruhlar tərəfindən idarə olunduğuna inanılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri