10 
Noy
2019
06:49
33
123
4612
Virtual karabakh

ABŞ-da narazı kişi “körpə-Tramp”ı bıçaqladı - FOTO

ABŞ-ın Alabama ştatında polis “körpə-Tramp”ı təsvir edən hava balonunu bıçaqlayan naməlum şəxsi saxlayıb.

Bu barədə “ABC 3340” telekanalı məlumat yayıb.

Bildirilir ki, prezidentin uşaq bezi geyindirilmiş əlində cib telefonu olan pis körpə kimi təsvir edildiyi balona şənbə günü Tramp və həyat yoldaşının ziyarət etdikləri Amerika futbol matçından bir neçə saat əvvəl hücum edilmişdi.

Hücum edən kişi Trampa qarşı etiraz aksiyasının təşkilatçılarından narazı idi. Telekanal qeyd edir ki, polis onu qandallanmış halda avtomobilə apararkən, o, təşkilatçılara qışqırmağa davam edib.

Təşkilatılar hava balonunu şənbə günü Taskalusa şəhərinə prezidentin matçda iştirakından narazı olduqlarını bildirmək üçün gətirmişdilər. Təşkilatın nümayəndəsi bildirib ki, “körpə-Tramp”ın itirilməsi onlar üçün xüsusi rol oynamayacaq. 

“Bizdə belə altısı var və biz yalançı-komandana qarşı müqaviməti davam etdirəcəyik!”- deyə o bildirib.

Qeyd edək ki, Tramp özünün “Twitter” hesabında idmançılara təşəkkür etmişdi. “Luiziana və Alabama Dövlət Universitetlərinə möhtəşəm bir oyun üçün təşəkkür edirik”, - Tramp yazıb. 

O, həmçinin sosial şəbəkədə azarkeşlərin onu uzun sürəkli alqışlarla qarşıladıqlarını göstərən video paylaşıb.

“Amma “Fake” xəbərlər sizə heç vaxt bunu göstərməyəcək”, - deyə prezident bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri