10 
Noy
2019
07:51
28
153
3122
Virtual karabakh

Avstraliyada meşə yanğınları tüğyan edir: Ölənlər var

10 Noy, 2019
07:51
3122

Avstraliyada meşə yanğınları tüğyan edir: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada meşə yanğınları nəticəsində üç nəfər həlak olub.

Bu barədə AFR məlumat verir.

Daha 30-a yaxın insanın xəsarət aldığı bildirilir. Yaralıların əksəriyyətinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin işçiləri olduğu qeyd edilir.

Nəşrin verdiyi məlumata əsasən, min nəfərdən çox adam təxliyə edilib, 150-yə yaxın ev isə yanğın nəticəsində məhv edilib.

Avstraliya Yeni Cənubi Vels ştatının yanğın xidməti sakinləri sürətlə yayılan yanğınla mübarizə apara bilmədiyini xəbərdar edib. Avstraliyalılara, həmçinin bildirilib ki, onlara kömək edə bilməmək ehtimalı da var.

Qeyd edilir ki, yanğın Kvinsland ştatının sərhədindən cənub sahillərinədək olan ərazilərdə, həmçinin mərkəzi qərb regionunun ərazisində tüğyan edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri