11 
Noy
2019
02:30
78
37
2849
Virtual karabakh

NASA Aya uçmaq üçün raket yaratdı

11 Noy, 2019
02:30
2849

NASA Aya uçmaq üçün raket yaratdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Aeronavtika və kosmik kəşfiyyat üzrə Milli İdarəsi Aya uçuşlar üçün raketin yaradılmasını, demək olar ki, sona çatdırıb.

Bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn məlumat verir.

“NASA “Apollon” gəmisi üçün “Saturn V” daşıyıcısını qurduqdan sonra, dörd ədəd RS-25 mühərriki quraşdırılmış SLS raketinin hündürlüyü 212 fut (65 metr) olan birinci pilləsi  ən böyükdür”, - deyə Braydenstayn bildirib.

Beləliklə, 2024-cü ildə “Orion” gəmisinin Aya buraxılması planlaşdırılır.

RS-25 raket mühərrikləri xüsusi olaraq ABŞ-ın super ağır SLS raketləri üçün hazırlanıb. Oxşar qurğular “Space Shuttle” kosmik gəmisində artıq istifadə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri