11 
Noy
2019
05:28
187
58
7722
Virtual karabakh

Rusiyada bütün ABŞ gəmi aviasiyasını bir anda məhv etməyin yolu tapıldı

11 Noy, 2019
05:28
7722

Rusiyada bütün ABŞ gəmi aviasiyasını bir anda məhv etməyin yolu tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyuport-Nyusdakı tərsanəyə zərbə endirməklə eyni zamanda bütün  Amerika gəmi aviasiyasına bərpaolunmaz zərər yetirmək olar. Belə ki, o, ABŞ-da atom gəmilərini inşa  və təmir etmək iqtidarında olan yeganə tərsanədir.

Bu barədə Rusiya raket və artilleriya Elmləri Akademiyası prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkov "hərbi sənaye kuryerində" yazıb.

Mütəxəssis qeyd edir ki, Nyuport-Nyusda belə gəmiləri qəbul edə bilən üç stapel var. Mövcud plana əsasən, iki belə meydança təmir üçün istifadə edilir, üçüncüsü isə tikinti üçün nəzərdə tutulub.

Sivkov bildirir ki, hərbi münaqişə zamanı yeganə tərsanəyə adi qurğulardan qanadlı raketlərlə zərbələr endirmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri