13 
Noy
2019
08:24
14
90
7609
Virtual karabakh

Əhalisinin əsas hissəsi bir şəhərdə yaşayan ÖLKƏLƏR

13 Noy, 2019
08:24
7609

Əhalisinin əsas hissəsi bir şəhərdə yaşayan ÖLKƏLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir dünyada əhali getdikcə daha çox kənd yerlərindən şəhərlərə köçür. BMT ekspertləri dünyanın müxtəlif ölkələrində şəhər və kənd əhalisini müxtəlif kateqoriyalar əsasında müqayisə ediblər.

“BusinessInsider” BMT ekspertlərinin təqdim etdiyi nəticələr əsasında əhalisinin əsas hissəsinin bir şəhərdə cəmləşdiyi ölkələrin reytinqini  tərtib edib.

Bunlar, bir qayda olaraq, əhalinin sayına görə o qədər də böyük ölkələr deyil, lakin aralarında əhalisinin 100 milyon nəfərdən çox olduğu ölkələrə də rast gəlinir.

10. Qabon

Qabonun paytaxtı Librevil şəhərində 824 min nəfər yaşayır ki, bu da əhalinin ümumi sayının 37,9%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 2 173 000 nəfərdir.

9. Trinidad və Tobaqo

Trinidad və Tobaqonun paytaxtı Port-of-Speyn şəhərində 544 min nəfər yaşayır ki, bu da ölkə əhalisinin 39,0%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 1 395 000 nəfərdir.

8. Konqo

Brazzavil şəhərində 2 308 000 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 42,9%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 5 381 000 nəfərdir.

7. Panama

Panama paytaxtı Panama şəhərində 1 822 000 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 42,9%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 4 246 000 nəfərdir.

6. Paraqvay

Paraqvayın paytaxtı Asunsyon şəhərində 3 279 000 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 46,5%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 7 045 000  nəfərdir.

5. İsrail

Təl-Əvivdə 4 097 000 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 48,1%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 8 519 000 nəfərdir.

4. Monqolustan

Monqolustanın paytaxtı Ulan-Batorda 1 553 000 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 48,2%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 3 225 000 nəfərdir.

3. Uruqvay

Uruqvayın paytaxtı Montevideoda 1 745 000 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 50,4%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 3 462 000 nəfərdir.

2. Cibuti

Cibutinin paytaxtı Cibuti şəhərində 569 min nəfər yaşayır ki, bu da ölkə əhalisinin 58,4%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 974 min nəfərdir.

1. Küveyt

Küveytin paytaxtı Küveyt şəhərində 3 052 000 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 72,5%-ni təşkil edir.

Ölkə əhalisinin sayı ümumilikdə 4 207 000 nəfərdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri