15 
Noy
2019
14:27
33
254
5369
Virtual karabakh

Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO

15 Noy, 2019
14:27
5369

Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-n Corcia ştatında Rey Kromarti Kori Klark və Tadeus Lukasla birgə mağazaya hücum zamanı kassiri öldürüb.

Kassanı aça bilməyən cinayətkarlar iki bağlama pivə götürərək, oranı tərk ediblər.

Hadisədən üç gün sonra polis cinayətkarları həbs edib. Kori və Tadeus cinayətin Komartinin törətdiyini etiraf etsələr də, sonuncu cinayəti boynuna almayıb.

Corciya hökuməti Komartini hadisədən üç gün öncə başqa bir kassiri də öldürməkdə ittiham edib.

Məhkəmə Komartinin vəkilinin və öldürülən kassirin bacısının DNT testi tələbini qəbul etməyib və Komartiyə ölüm cəzası hökmü oxunub.

Bu hadisə 25 il əvvəl baş verib.

Bu ilin noyabr ayında Komartinin günahsız olduğunu sübut edəcək dəlillərin ortaya çıxmasına baxmayaraq, məhkəmə dəlilləri gec olduğu üçün qəbul etməyib.

Ölüm cəzasının tətbiqindən əvvəl son sözü soruşulan Komarti bundan imtina edərək, son dəfə dua etmək istədiyini bildirib.

Onu öldürücü iynə vuraraq edam ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri