15 
Noy
2019
17:25
12
383
12000
Virtual karabakh

Nöqtə boyda yara xərçəng şişi imiş

15 Noy, 2019
17:25
12000

Nöqtə boyda yara xərçəng şişi imiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərəli Mendi Pollardın burnunda nöqtə boyda yara əmələ gəlib.

Əvvəlcə buna məhəl qoymayan Mendi Pollard yara böyüyəndən və gecələr qanayandan sonra, həkimə müraciət edib.

Həkim qadının əhəmiyyətsiz hesab etdiyi “nöqtə”nin, əslində, xərçəng olduğunu, əgər dəri transplantasiyası əməliyyatı olunmasa, 5-10 ilə burunsuz qalacağını deyib.

Əməliyyatla Pollardın burnunun bir hissəsini kəsərək oranı üzündən götürülən dəri hissəsi ilə örtüblər.

Pollard, belə xəstəliklər yaşamamaları üçün insanlara günəşin zəzərli şüalarından qorunmağı tövsiyə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri