15 
Noy
2019
15:46
32
132
2701
Virtual karabakh

ABŞ Misirə “Su-35” qırıcılarına görə xəbərdarlıq edib

15 Noy, 2019
15:46
2701

ABŞ Misirə “Su-35” qırıcılarına görə xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Misirə “Su-35” qırıcıları əldə edəcəyi təqdirdə mənfi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. 

“The Wall Street Journal” dərgisi bu barədə ABŞ-ın Müdafiə katibi Mark Pompeo və Müdafiə naziri Mark Esperin Misirin Müdafiə naziri Məhəmməd Zakiyə yazdığı məktuba istinadən məlumat verir. 

ABŞ rəsmilərinin məktubunda Moskva ilə imzalanacaq müqavilənin Vaşinqton-Qahirə hərbi əlaqələrinə əngəl olacağı barədə xəbərdarlıq edilib. 

Martın sonunda Rusiyanın “Rosoboroneksport” dövlət şirkətinin sədri Sergey Kornev bildirib ki, Rusiya ilə Misir arasında “Su-35” çoxfunksiyalı qırıcıların satılması barədə hər hansı hərbi müqavilə imzalanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri