18 
Noy
2019
12:47
31
182
7357
Virtual karabakh

Ad günündə sevgilisini və dostunu güllələdi

18 Noy, 2019
12:47
7357

Ad günündə sevgilisini və dostunu güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulun Aydın ərazisində oğlan parkda sevgilisini və dostunu güllələyib.

“CNNTürk”ün verdiyi xəbərə görə, 27 yaşlı Məhəmməd Gürsoyla sevgili olan 19 yaşlı Mərvə Kotan ayrılmaq istəsə də, Məhəmmədin təhdidlərindən çəkinərək ayrıla bilməyib.

Mərvənin əvvəl-axır ondan ayrılacağını bilən Məhəmməd ona “qara yaxmaq” üçün çirkin plan hazırlayıb.

O, dostu 22 yaşlı Ekim Türkməni və sevgilisini eyni vaxtda parka çağıraraq, ad gününü qeyd edəcəyini deyib.

Onlar parkda içki içib, söhbət ediblər.

Söhbət əsnasında yenidən Mərvə ayrılacağını söyləyəndə, Məhəmməd iki gün əvvəldən avtomobilində saxladığı silahı götürərək, onun başından silahla vurub.

İki gülləni də 22 yaşlı dostu Ekimə vuran qatil hadisə yerindən qaçıb.

Qısa vaxtda polis tərəfindən tutulan Məhəmməd məhkəmədə qətli namus üstündə törətdiyini, Mərvənin ona Ekimlə xəyanət etdiyini bildirib.

Mərvənin atası və qardaşı buna etiraz edəndə, Məhəmməd əli qandallı vəziyyətdə onlara hücum edib.

Polis müdaxilə edərək onları ayırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri