18 
Noy
2019
12:25
26
252
4534
Virtual karabakh

Şərqi Azərbaycan yenə silkələndi

18 Noy, 2019
12:25
4534

Şərqi Azərbaycan yenə silkələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Şərqi Azərbaycan əyalətində bu gün 4,4 bal güçündə zəlzələ baş verib.

Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərab rayonu ərazisində, yerli vaxla 04:08-də başlayıb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində 700 nəfər zərər çəkib.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

Noyabrın 10-da isə Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.

Zəlzələ yerli vaxtla saat 05:43-də yerin səkkiz kilometr dərinliyində baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri