18 
Noy
2019
19:35
114
27
3531
Virtual karabakh

Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək

18 Noy, 2019
19:35
3531

Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ABŞ-da keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək.

TASS-ın xəbərinə görə, bu barədə “Miss Rusiya” müsabiqəsinin direktoru Anastasiya Belyak açıqlama verib.

O deyib ki, “Kainat gözəli” yarışmasının təsisçiləri müsabiqənin keçirilmə yeri və vaxtını çox gec bildiriblər. Buna görə də, “Miss Rusiya – 2019” müsabiqəsinin qalibi Alina Sanko vaxtında Amerika vizası ala bilməyəcək.

Bundan başqa direktor qeyd edib ki, Sanko bu il iki müsabiqədə iştirak etməli idi: “Kainat gözəli” və “Miss Dünya”. Lakin müsabiqələrin keçirilmə vaxtı bir-birinə olduqca yaxındır. “Kainat gözəli” dekabrın 8-i Atlantada, “Miss Dünya” isə dekabrın 14-də Londonda keçiriləcək.  

Qeyd edək ki, Sanko “Miss Rusiya” titulunu bu ilin aprel ayında qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri