20 
Noy
2019
22:31
127
60
10514
Virtual karabakh

Marsda həşərat tapılıb - FOTO

20 Noy, 2019
22:31
10514

Marsda həşərat tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Ohayo Universitetinin entomoloqu Uilyam Romoser Marsda həşərat olduğunu iddia edib.

O, Marsda tədqiqat aparan “Curiosity” roverinin çəkdiyi fotolarda böcəklərə bənzəyən canlıların izlərini tapdığını deyib.Buna əsasən, Romoser Marsda həyatın mövcud olduğunu sübut etməyə çalışıb.

Lenta.ru-nun verdiyi məlumata görə, alimlər entomoloqun “pareidolia” qurbanı olduğunu açıqlayıblar.

Belə ki, beynimizin daha əvvəl öyrəndikləri ilə ilk dəfə gördüklərini tamamilə əlaqəsiz olsa da, bir-birlərinə bənzətməyə çalışması pareidolia və ya aldanma adlandırılır.

Romoserin də həşəratları öyrənən elmlə məşğul olduğu üçün Marsda “işıq və kölgənin oyunu” nəticəsində ortaya çıxan görüntünü böcəyə bənzətdiyi açıqlanıb.

Buna görə də onun iddiası qəbul edilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri