21 
Noy
2019
08:00
93
8
2087
Virtual karabakh

Gürcüstanlı milyarder İsveçrə banklarından şikayətləndi

Gürcü milyarderi Bidzina İvanişvili “Credit Suisse” İsveçrə bankının keyfiyyətsiz xidmətindən danışıb.

Milyarder “Bloomberg”ə verdiyi müsahibəsində həmin bankda 140 milyon dollar itirdiyini bildirib.

Onun sözlərinə görə, “Credit Suisse”in xidmətin keyfiyyəti Rusiya banklarının “vəhşi 90-cı illərdə” və Gürcüstan banklarında olanlardan daha aşağıdır.

“Mən İsveçrə bankında pul itirəcəyimi təsəvvür edə bilməzdim”, - deyə İvanişvili gileylənib.

Milyarder, 2016-cı ildə Cenevrə məhkəməsinə müraciət edərək “Credit Suisse”in işçisi Patris Lekadronu onun aktivlərini düzgün idarə etməməkdə günahlandırıb.

İsveçrəli əməllərində bəd niyyətin olmadığını bildirsə də ona 5 illik həbs kəsilib.  

İvanişvili “Credit Suisse” bankının günahkar olduğunu iddia etsə də o zaman bu ittiham öz təsdiqini taрmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri