21 
Noy
2019
13:24
63
26
2710
Virtual karabakh

Rusiya Ukraynanın “unitaz oğurluğu” iddiasına münasibət bildirdi

21 Noy, 2019
13:24
2710

Rusiya Ukraynanın “unitaz oğurluğu” iddiasına münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko Rusiya tərəfindən qaytarılan Ukrayna gəmilərində unitazların yoxa çıxdığını bildirmişdi. 

Oxu.Az -ın xəbərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətindən verilən məlumatda bildirilir ki, Ukrayna öz gəmilərini normal vəziyyətdə, bərpa edilmiş sanitariya texnikası ilə təhvil alıb. 

Qeyd edək ki, bu həftə Rusiya Ukraynanın Kerç boğazında ələ keçirdiyi gəmilərini geri qaytarıb. Rəsmi Moskva Ukrayna gəmilərinin saxlanılmasını ərazi sularını pozması ilə əsaslandırıb. 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti xatırladıb ki, tərəflər arasında imzalanan təslimetmə aktı zamanı qarşı tərəf hər hansı iddia irəli sürməyib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri