22 
Noy
2019
15:49
118
63
5632
Virtual karabakh

Erməni polisinin amansız rəftarının görüntüsü yayıldı - VİDEO

22 Noy, 2019
15:49
5632

Erməni polisinin amansız rəftarının görüntüsü yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Ombudsmanı Arman Tatoyan özünün “Facebook” səhifəsində polislərin əleyhqaz və dəyənəkdən istifadə etməklə etirafedici ifadələr almağa çalışdıqları barədə video yerləşdirib.

Oxu.Az xəbər verir ki, məlumatı “Verelq” saytı yayıb.

Ombudsman videogörüntülərlə bağlı dərhal cinayət işinin başlanılmasının zəruriliyini xatırladıb.

“Bütün yoxlama tədbirləri istisnasız olaraq Cinayət Prosesual Məcəlləsinin çərçivələri daxilində həyata keçirilməlidir. Cinayət təqibini aparan orqana şəxsi imzamla rəsmi məktub ünvanlanacaq. Proses insan hüquqlarının müdafiəçisi olaraq mənim nəzarətim altında olacaq”, - ombudsman A.Tatoyan yazıb.

Ermənistanın Baş Prokurorluğu hadisənin sosial şəbəkələrdə ictimailəşdirilməsindən dərhal sonra araşdırmalara başlayıb. Videomaterial və sözügedən paylaşım müvafiq cinayət işinin açılması məqsədilə Xüsusi İstintaq İdarəsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri