22 
Noy
2019
17:11
136
47
7241
Virtual karabakh

Tələbə qızın qəribə reaksiyası Kılıçdaroğlunu kölgədə qoydu - VİDEO

22 Noy, 2019
17:11
7241

Tələbə qızın qəribə reaksiyası Kılıçdaroğlunu kölgədə qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qızların təhsil aldığı Atatürk Yüksək Təhsil Yurdunun açılışında iştirakı zamanı bir məqam müzakirələrə səbəb olub.

Oxu.Az-ın məlumatına görə, K.Kılıçdaroğlu çıxışı zamanı “Görəcəksiniz, bəyəfəndini (Prezident Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutur) hakimiyyətdən endirəcəyik” deyib.

“Biz yerli idarəetmələrdə müvəffəqiyyət qazandıq. Sıra ikinci mərhələyə gəlib. İkinci mərhələdə də görəcəksiniz, biz bəyəfəndini aşağı endirəcəyik. Bunu hamımız bərabər şəkildə edəcəyik”.

K.Kılıçdaroğlu bu ifadəni işlədən zaman onun arxasında dayanan tələbə xanımın mimikası sosial şəbəkələrdə gündəm yaradıb.

Belə ki, qızın üz ifadəsi tez-tez dəyişib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri