23 
Noy
2019
15:25
55
166
4960
Virtual karabakh

Federasiya Şurasının sədri Rusiya ilə Azərbaycan arasında olan ticarət dövriyyəsinin həcmini açıqlayıb

23 Noy, 2019
15:25
4960

Federasiya Şurasının sədri Rusiya ilə Azərbaycan arasında olan ticarət dövriyyəsinin həcmini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmini açıqlayıb.

TASS xəbər verir ki, o, iki ölkə arasında olan qarşılıqlı iqtisadi əməkdaşlıq xarakterli münasibətlərə toxunaraq qeyd edib ki, ötən illərlə müqayisədə ikitərəfli ticarət dövriyyəsi 14 faiz artaraq 2.5 milyard dollar olub.

“Son illər Rusiya ilə Azərbaycan arasında olan iqtisadi-ticari əlaqələrin dərinləşməsi üçün böyük işlər görülüb. Və biz bunun praktiki nəticələrini görürük. Rusiya Azərbaycanın qeyri-neft sektoruna aid mallarının idxal və ixracı üzrə əsas tərəfdaşıdır”, - deyə Matviyenko Moskvada keçirilən X Rusiya-Azərbaycan forumunda çıxışında deyib.

Nəqliyyat sektorunda olan münasibətlərə də toxunan V.Matviyenko “Şimal-Cənub” dəhlizinin formalaşması çərçivəsində də intensiv fəaliyyətin davam etdirilməli olduğun xatırladıb.

O, bu dəhlizin Avrasiyanın ən vacib nəqliyyat arteriyasına çevriləcəyinə və Cənubi Asiyadan Avropaya Rusiya və Azərbaycan üzərindən yüklərin əhəmiyyətli dərəcədə daşınmasının sürətlənəcəyinə inandığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri