Dek
2019
05:00
118
58
5642
Virtual karabakh

Ukraynanın ilk prezidenti Zelenskini Putinlə görüşə hazırladı

1 Dek, 2019
05:00
5642

Ukraynanın ilk prezidenti Zelenskini Putinlə görüşə hazırladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın ilk prezidenti Leonid Kravçuk hazırkı dövlət başçısı Vladimir Zelenskiyə rusiyalı həmkarı Vladimir Putinlə Normand sammitində aparılacaq danışıqlarda özünü necə aparmalı olmağı ilə bağlı məsləhət verib.

Bu barədə “112” telekanalı məlumat verir.

Onun sözlərinə əsasən, “Ukraynanı müdafiə etmək” lazımdır, məsələn, deyilməlidir ki, Kiyevi Budapeşt memorandumu ilə aldadıblar.

“Bizi aldadırlar və özlərini elə aparırlar ki, guya kömək edirlər, halbuki, kömək ancaq sözdədir. Bizimlə siçan-pişik oyunu oynayırlar”, - deyə Kravçuk bildirib.

Sabiq siyasətçi əlavə edib ki, sammitin iştirakçıları “Ukrayna xalqının maraqlarına cavab verən” məsələləri müzakirə etməlidirlər.

Eks-prezident “Zelenski Putinin əlini sıxmalıdırmı?” sualına isə cavabında bildirib: “Əlbəttə. Diplomatiyada məişət yanaşması olmamalıdır. Adamın əlini sıxmaqla salamlaşmaq onu dost hesab etmək deyil. Bu barədə heç yerdə oxumamışam”.

“Normand formatında” sammit dekabrın 9-da Parisdə baş tutacaq. Sammitdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski iştirak edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri