Dek
2019
03:09
282
27
5587
Virtual karabakh

Yerevanda Qriboyedovun abidəsi təhqir edildi - FOTO

3 Dek, 2019
03:09
5587

Yerevanda Qriboyedovun abidəsi təhqir edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edilib.

“RİA Novosti” xəbər verir ki, Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan abidənin üzərinə qırmızı rəng töküb.

Bu barədə Şaqen Arutunyan özünün “Facebook”dakı səhifəsində yazıb və orada şəkil yerləşdirib:

“Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”.

Ermənistanın hüquq-mühafizə orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyib.

Qeyd edək ki, Şaqen Arutunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri