Dek
2019
19:24
36
130
11596
Virtual karabakh

Amerikalı qız II Yelizavetanın oğlu barədə: “İçirdib təcavüz etdi və sonra “çox sağ ol” dedi” - VİDEO

3 Dek, 2019
19:24
11596

Amerikalı qız II Yelizavetanın oğlu barədə: “İçirdib təcavüz etdi və sonra “çox sağ ol” dedi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Araq içirtdi, çox nəzakətli idi, dəhşət tərləyirdi...” 

Şahzadə Endryu yəqin ki, bundan sonrakı nəsillərin yaddaşında bu cür qalmaq istəməzdi. Lakin Kral ailəsinin üzvü barədə bu təəssüfləndirici təsviri BBC telekanalının efirində 35 yaşlı Virciniya Roberts verib.

Bu barədə “Vesti” xəbər yayıb.

Qadın jurnalistlərə amerikalı maliyyəçi Ceffri Epşteyn və onun rəfiqəsi Gisleyn Maksvell tərəfindən 18 il əvvəl şahzadə Endryu ilə cinsi əlaqəyə girməyə məcbur edilməsindən danışıb.

“Bu, həyatımın ən dəhşətli dövrü idi”, – deyə qız ağlayaraq danışıb:

“Mən Kral ailəsinin üzvü tərəfindən zoraklığa məruz qalmışdım. Hansı ki, insanlar onlara aşağıdan yuxarı baxırlar və heyrandırlar. Əlbəttə, məni heç kim əl-üz yuyan çanağa bağlamamışdı, ancaq başqa zəncirlərlə bağlanmışdım. Mənim zəncirim bu nüfuzlu insanlar idi”.

Roberts bildirib ki, Gisleyn Maksvell qızı Floridada “Mar-a-Laqo” klubunda xidməti personalın arasında görüb və onu işə dəvət edib. Əvvəlcə Roberts Epşteynin özü ilə əlaqədə olur. Sonra onu xüsusi olaraq Birləşmiş Ştatlardan Londona gətirirərək gecə klubunda II Yelizavetanın oğlu ilə tanış edirlər.

17 yaşlı Roberts gecəni tərk edərkən Maksvelldən Ceffri Epşteyn üçün etdiklərini şahzadə üçün də etmək barədə tapşırıq alır. Belə nüfuzlu şəxslərə qarşı gəlməyə isə qız qorxub.

“Əvvəl hamam otağında baş verdi. Orada başladı. Sonra yataq otağında. Bütün prosedur qısa, ancaq iyrənc oldu”, - deyə Virciniya xatırlayır. 

“O, mənimlə kobud deyildi. Qalxdı, “çox sağ ol” dedi və çıxdı. Mən isə çarpayıda qorxmuş və təhqir olunmuş şəkildə oturmuşdum, özümü çirklənmiş hiss edirdim. Özümü ayağa qalxmağa və duş qəbul etməyə məcbur etdim. Sonrakı gün Maksvell məni tərifləyərək işi yaxşı bacardığımı və şahzadəni həqiqətən xoşbəxt etdiyimi dedi”.

Gisleyn Maksvell və Manhetten həbsxanasında intihar edən Ceffri Epşteynin ünvanına artıq “seks-traffikin təşkili” və “yeniyetmələri fahişəliyə cəlb etmə” ilə bağlı ittihamlar səsləndirilib. Zərərçəkənlərin ifadələrinə əsasən yeniyetmə qızlar adətən himayəsi və dəstəyinə ehtiyac duyulan zəngin və məşhur adamlara verilirdi.

Onlar şahzadənin yanında, hətta kral ailəsinin rəsmi tədbirlərində də bir neçə dəfə görünüblər. Şahzadə Endryunun özü Epşteyni şəxsən dəvət etdiyini bilirib. Jurnalistlərə açıqlamasında isə maliyyəçi dostunun yeniyetmələrlə çirkin işləri barədə məlumatsız olduğunu, Virciniya Robertsi isə ümumiyyətlə tanımadığını deyib. Ancaq zərərçəkənlə olan fotoda özünü tanıyıb.

“Mən bu şəklin necə çəkildiyini ümumiyyətlə xatırlamıram”, - deyə o, iddia edib. Bununla belə, şəkildə özünü tanıyıb-tanımadığı barədə suala belə cavab verib: “Özünü şəkildə tanımamaq çətindir. Ancaq araşdırmamızın nəticələrinə əsasən bu şəklin əsl olduğunu iddia eləmək olmaz, çünki şəklin şəklinin şəklidir. Bu səbəbdən bunu sübut etmək çətindir. Ancaq bu fotonun nə vaxt çəkilməsini xatırlamıram”.

2015-ci ildə Roberts ilk dəfə şahzadə Endryuya qarşı çıxış edərkən, əlahəzrət kraliça onun haqqında məlumat elə məhz Cefri Epşteynin rəfiqəsindən əldə etməyə tələsib: Onların elektron yazışmasını BBC telekanalı yayımlayıb.

Qeyd edək ki, davam edən qalmaqalla əlaqədar  şahzadə bütün kraliyyət səlahiyyətlərindən, həmçinin 230-dan artıq xeyriyyə cəmiyyətinin qəyyumluğundan imtina edib.

Roberts Endryudan belə bir addım gözləmirdi. Epşteynin işində zərərçəkən qismində ifadə verən daha beş qadınla birlikdə  o, şahzadəni məhkəmədə ifadə verməyə çağırıb. Özü də artıq onun üçün məhkəməyə çağırış hazırdır -  şahzadə Amerika torpağına ayaq basan kimi sənəd ona təqdim ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri