Dek
2019
13:00
92
18
2474
Virtual karabakh

Erməni KİV: Levon Ter-Petrosyanın tərəfdarları hakimiyyətdə görünməyə başlayır

3 Dek, 2019
13:00
2474

Erməni KİV: Levon Ter-Petrosyanın tərəfdarları hakimiyyətdə görünməyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin üzvləri hakimiyyətə qayıdırlar.

“Past” qəzeti xəbər verir ki, Yerevanın Kentron inzibati rayonunun prefekti (icra başçısı) vəzifəsinə Avet Poqosyan təyin olunub.

Poqosyan ictimaiyyət arasında az tanınmış şəxs olsa da, siyasi dairələrdə vəziyyət bir az fərqlidir. Sözügedən şəxs Erməni Milli Konqresinin idarə heyətinin üzvü və fəal iştirakçısıdır. 2013-cü ildə Yerevanın Ağsaqqallar Şurasına seçkilərdə EMK siyahısında 8-ci nömrə altında iştirak edib.

Nəşrin məlumatına görə, Poqosyan Levon Ter-Petrosyan Paşinyanın komandasında vəzifəyə gətirilən növbəti kadrı olub.

Qeyd edək ki, bu məzmunda informasiya “Qraparak” qəzetində dərc olunub. Belə ki, qəzet Erməni Milli Konqresinin rəsmi saytında Poqosyanın adı idarə heyətinin üzvü kimi göstərildiyini bildirsə də, Yerevan meriyası onun partiyasız olduğunu açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri