Dek
2019
21:00
388
62
15732
Virtual karabakh

Çevriliş gecəsi “Atəş” əmri verən mayora rekord həbs cəzası: 3343 il

3 Dek, 2019
21:00
15732

Çevriliş gecəsi “Atəş” əmri verən mayora rekord həbs cəzası: 3343 il

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çevriliş cəhdi gecəsi “15 iyul şəhidlər körpüsü”ndə əsgərlərə “nişan al” və “atəş” əmrlərini verən mayor Əhməd Taştana 35 dəfə ağırlaşdırılmış ömürlük və 3343 il həbs cəzası verilib.

“Yeni Akit” xəbər verir ki, qərar İstanbulun 25-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilib.

Əhməd Taştan “konstitusion nizamı aradan qaldırmağa cəhd” və “qəsdəm adam öldürmə” maddələri ilə 35 dəfə ağırlaşdırılmış ömürlük həbs və “cinayəti gizlətmək, sübutları aradan qaldırmaq və ya cinayət törədilməsini asanlaşdırmaq və ya yaxalanmamaq məqsədilə qəsdən adam öldürməyə təşəbbüs”, “şəxsi azadlıqdan məhrum etmə”, “qəsdəm yaralama” və “mülkiyyətə ziyan vurma” ittihamları ilə 3343 il həbs cəzasına məhkum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri