Dek
2019
10:08
244
24
1799
Virtual karabakh

Türkiyə “S-400”lərdən imtina etməyəcək

Hətta ABŞ sanksiya tətbiq etsə belə, Ankara Rusiyanın “S-400” zenit raket komplekslərinin əldə olunması və istifadəsindən imtina etməyəcək.

“İzvestiya” xəbər verir ki, bu barədə Türkiyə parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü olan millət vəkilləri danışıb.

Komitə üzvü Yunus Əmrənin sözlərinə görə, Türkiyə ABŞ-ın mümkün sanksiyaları səbəbindən öz təhlükəsizliyini təhdid altında qoya bilməz.

“Terrorla mübarizə birbaşa olaraq sərhədlərimizdə gedir, coğrafi mövqeyimizə görə, demək olar ki, atəş çəmbərində yerləşirik”, - Əmrə bildirib.

Bununla yanaşı, Türkiyə parlamentinin millət vəkili Öztürk Yılmaz ABŞ-ın “Patriot” sistemlərini satmağa razılıq vermədiyinə görə, “S-400” sistemləri almağa məcbur olduqlarını deyib.

Millət vəkili ABŞ sistemlərinin Türkiyədə yerləşdirilən NATO silahları ilə birlikdə istifadə ediləcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri