Dek
2019
02:31
134
30
3595
Virtual karabakh

Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar

7 Dek, 2019
02:31
3595

Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçli ekofəal Qreta Tunberq ekoaktivistliyin heç bir real nəticə vermədiyini bildirib.

TASS-ın məlumatına əsasən, Tubnerq BMT-nin iqlim dəyişiklikləri barəsində Çərçivə Konvensiyasında qeyd edib ki, ətraf mühitə görə məktəbli tətilləri yolu ilə mübarizəni davam etdirməyi məntiqə uyğun hesab etmir.

“Biz böyük nəticələr əldə etmişik. Lakin müəyyən nöqteyi-nəzərdən baxsaq, biz heç nəyə nail olmamışıq, - deyə o etiraf edib. – Əllərində hakimiyyət olanlar iqlim böhranına məhəl qoymurlar. Bu cür davam etmək olmaz, məktəbi buraxan uşaqlar dayanaqlı həll yolu deyillər”.

Tunberq əlavə edib ki, hərəkat yaranandan bəzi karbon qazının həcmi nəinki azalmayıb, ilin sonuna onun artımı gözlənilir.

İsveçli yeniyetmə Qreta Tunberq son bir ildir haqqında ən çox danışılan aktivistlərdən biridir. İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən 16 yaşlı məktəblinin fəaliyyətinin ilkin mərhələsi “İqlim üçün məktəb tətili”dir. O, keçən il avqust ayında məktəbə getməkdən imtina edərək İsveç Parlamenti qarşısında tətilə başlayıb. 2019-cu il martın 15-də 112 ölkədən təxminən 1 milyon 400 min şagird bu aksiyaya qoşulub.

Tətillərlə yanaşı Qreta bir çox etiraz aksiyası və beynəlxalq tədbirlərdə iştirak edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri