Dek
2019
14:20
114
24
4422
Virtual karabakh

Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər

6 Dek, 2019
14:20
4422

Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Xalq Partiyasının lideri, Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tuskun ABŞ Prezidenti Donald Trampın kürəyinə “silah” dirədiyi foto bütün dünyada gündəmə çevrilib.

“CNN Türk” xəbər verir ki, sözügedən fotonu Tusk “Twitter” hesabında paylaşıb.

Fotoda Tusk iki barmağını ABŞ Prezidenti Donald Trampın kürəyinə silahabənzər şəkildə tutub

Tusk fotonu “dövri turbulentliklərə baxmayaraq, transatlantik dostluğumuz davam etməlidir” başlığı ilə paylaşıb.

Rəsmilərin geyimləri nəzərə alınaraq fotonun ötən il Kanadada təşkil olunan G7 zirvəsində çəkildiyi bəlli olub.

Hələlik ABŞ prezidenti paylaşıma heç bir reaksiya verməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri