Dek
2019
15:34
43
31
2245
Virtual karabakh

Xarkovda azərbaycanlının cinayət zamanı istifadə etdiyi avtomobil tapılıb

6 Dek, 2019
15:34
2245

Xarkovda azərbaycanlının cinayət zamanı istifadə etdiyi avtomobil tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov şəhərində polis əməkdaşları Buçma küçəsində yerləşən qarajların birində 28 yaşlı kişidə “F1” qumbarası aşkar ediblər. Saxlanılan şəxsin avtomobilində patron, üç ədəd “F1”, “Kalaşnikov” silahı, güllədeşməz jilet və Ukrayna Təhlükəsizlik Xidmətinin nişanı olan tikmələr tapılıb. 

Oxu.Az xəbər verir ki, məlumat Ukrayna Milli Polisinin Xarkov Vilayətinin Mətbuat Xidməti tərəfindən yayılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin silah, döyüş sursatı və ya partlayıcı maddələrin qanunsuz istifadəsi ilə bağlı araşdırmalara başlanılıb. Dörd dekabrda Xarkov şəhər məhkəməsinin qərarı ilə saxlanılan şəxsin evində axtarış aparılıb.

28 yaşlı gəncin yaşadığı mənzildən patronlar, “RQD” qumbaraları, mobil telefonlar tapılaraq istintaq tərəfindən müsadirə edilib. Polisin davam edən axtarışı zamanı qəsdən adam öldürməkdə şübhəli bilinən və axtarışda olan 37 yaşlı Azərbaycan Respublikasının vətəndaşının cinayəti törətdikdən sonra hadisə yerini tərk etdiyi “Toyota” markalı avtomobil də müsadirə edilib. 

Mənzildə aparılan axtarış zamanı əvvəllər mühakimə olunmuş daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri