Dek
2019
17:02
40
10
1460
Virtual karabakh

Duterte varislərinin adını açıqladı: Seçim İKİ nəfər arasında olacaq

Filippin Prezidenti Rodriqo Duterte potensial varislərinin adlarını açıqlayıb.

“Manila Times” yazır ki, Duterte növbəti Prezidentin Bikol bölgəsindən olacağını qeyd edib.

Filippin Prezidenti Rodriqo Duterte ikinci müddətə namizədliyini verməyəcəyini və qızı Sara Duterte Karpionun da namizəd olmasını istəmədiyini vurğulayıb.

“Biz Salseda və Fransis Eskudero arasında seçim edəcəyik”, - Duterte bildirib.

Qeyd edək ki, Fransis Eskudero - Sorsoqon bölgəsinin keçmiş senatoru və qubernatoru, Coy Salseda isə Filippinin Nümayəndələr Palatasında Albay bölgəsinin təmsilçisidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri