Dek
2019
17:07
73
42
2579
Virtual karabakh

Aşotyan: Paşinyan növbədənkənar seçki keçirməlidir

6 Dek, 2019
17:07
2579

Aşotyan: Paşinyan növbədənkənar seçki keçirməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisi keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.

“Sputnik Armenia” xəbər verir ki, bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Sarqsyana qarşı qaldırılan iş “Antinikol” konsolidasiyası prosesini tezləşdirəcək. Biz bu prosesi son üç gün ərzində görürük. Burada “çox sağ ol, Nikol Paşinyan” demək lazımdır”, - Aşotyan bildirib.

Onun sözlərinə görə, Sarqsyana qarşı irəli sürülən ittihamlar eks-prezidentin xarici siyasət fəallığının qarşısını almağa yönəlib.

“Biz Sarqsyanın bir sıra paytaxtlara milli, dövlət gündəliyi ilə səfərlərini planlaşdırırdıq. Düşünürəm ki, hakimiyyət bundan çox yaxşı xəbərdar idi. Onlar öz siyasi rəqiblərinin kobud şəkildə təqibinə davam etməklə hakimiyyətlərini və Ermənistanı zəiflətdiklərini anlamalıdır”, - Aşotyan qeyd edib.

Qarabağda mümkün neqativ proseslər fonunda Aşotyan erməni hakimiyyətini ictimaiyyəti ayırmağa son qoymağa çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri