Dek
2019
03:14
103
32
9387
Virtual karabakh

Zelenski Putinlə görüşdə nədən qorxduğunu boynuna aldı

7 Dek, 2019
03:14
9387

Zelenski Putinlə görüşdə nədən qorxduğunu boynuna aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə keçiriləcək “Normand dördlüyü”nün Sammiti və Ukrayna lideri Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin ikitərəfli görüşü nəticəsiz ola bilər. 

Belə bir bəyanatı Zelenski  “Ukrayna” telekanalında yayımlanan “Savik Şusterin söz Azadlığı” verilişində səsləndirib.

“Mən istənilən danışıqlarda nəticəsizliyi sevmirəm, bu, həqiqətdir. Ona görə də bu, yeganə qorxduğum şeydir”, - deyə Zelenski aydınlıq gətirib.

Ukrayna liderinin sözlərinə əsasən, o, görüşdən qorxmur, lakin həyəcan keçirir.

“Yeganə həyəcan keçirə biləcəyim odur ki, biz görüşürük və sadəcə planlarımızı deyirik...Mən istənilən danışıqlarda nəticəsizliyi heç sevmirəm. Ona görə də bu, yeganə qorxduğum şeydir”, - deyə Zelenski bildirib. 

Eyni zamanda o qeyd edib ki, “Normand” formatında görüşün keçirilməsinin özü artıq qələbədir.

Zelenski əlavə edib ki,  Parisdən konkret nəticələrlə qayıtmağı istəməyinə baxmayaraq, heç də hər şeyin alınmayacağını başa düşür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri