Dek
2019
11:21
21
299
15836
Virtual karabakh

Ginekoloq eynəyinə gizlədilmiş kamera ilə pasiyentlərini çəkib

İngiltərədə ginekoloq eynəyinə quraşdırılmış gizli kamera vasitəsilə pasiyentlərini kameraya çəkib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, hadisə Surrey qraflığının Redhill şəhər xəstəxanasında qeydə alınıb.

Qurbanlardan birinin şikayətindən sonra 49 yaşlı Como Maturina saxlanılıb. Axtarış zamanı ginekoloqda heç nədən xəbəri olmayan qurbanlarının 15 fotosu və 96 videoyazısı aşkarlanıb.

Məhkəmə dinləmələri zamanı məlum olub ki, 2016-cı ildə Maturin 19 yaşlı tələbəyə dərslərində kömək təklifi edib. Həmin vaxt o, tibb bacısı vəzifəsi üçün praktikadan keçirdi, ginekoloq isə xəstəxananın ən hörmət olunan mütəxəssisi idi. Elə həmin ilin sentyabr ayında onlar intim münasibət qurublar və bu iki il davam edib.

Ötən il qız təsadüfən Maturinin kompüterində onunla cinsi münasibətinin videosunu görüb. Ginekoloq polisə müraciət edəcəyi təqdirdə qızı öldürmə və onun iştirakı ilə olan erotik kadrları yaymaqla hədələyib.

Qurban qorxudan onunla görüşməyə davam edib, ancaq 2019-cu ilin yanvar ayında dözməyərək, kurs yoldaşına hər şeyi danışıb. Səhəri gün tələbə qızlar polisə müraciət ediblər.

Maturin ailəsinin evində həbs olunub. Hökm vaxtı o, bəzi qurğulara giriş verməkdən imtina edərək, bunun xanımı ilə əlaqəli olduğunu deyib.

Tələbənin yaşadığı yataqxanada da bir neçə gizli kamera aşkarlanıb. Bundan başqa, ginekoloqda qurbanları ilə bağlı 100-dən artıq erotik görüntülər tapılıb.

Məhkəmə onu 14 ay müddətinə azadlıqdan məhrum edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri