Dek
2019
13:41
63
86
4848
Virtual karabakh

Həbsdə olarkən beş nəfərin qətlini sifariş verdi

9 Dek, 2019
13:41
4848

Həbsdə olarkən beş nəfərin qətlini sifariş verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatında keçmiş professor beş nəfəri öldürməyi planlaşdırıb.

Bu barədə WKMG TV xəbər verib. 

Cinayət törətdiyinə görə məhkum edilən 76 yaşlı Qari Banqstad əmin olub ki, digər cinayətkara verdiyi tapşırıq gizli qalacaq. Qətli törətməli olan şəxsə evin planı, dörd min dollar və avtomobil təklif olunub. O, professorun vətəndaş nikahında yaşadığı qadını, onun övladlarını və onlarla birlikdə olan bir neçə şəxsi qətlə yetirməli olub. Tapşırığa əsasən, cəsədlər timsah və donuzlara yem edilməli imiş.

Lakin cinayəti törətməli olan məhkum Q.Banqstadın təklifi barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verib. Əvvəl 76 yaşlı cinayətkar ittihamları qəbul etməsə də, daha sonra planlaşdırdığı cinayətə görə peşman olduğunu bildirib. Cinayət ssenarisini düşünən qocaya yeni ittihamlar irəli sürülüb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri