10 
Dek
2019
14:08
40
190
7466
Virtual karabakh

ABŞ qərarını verdi: Türkiyəyə satılan F-35-lər alınacaq

10 Dek, 2019
14:08
7466

ABŞ qərarını verdi: Türkiyəyə satılan F-35-lər alınacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın 2020-ci maliyyə ili müdafiə büdcəsinin Senat və Nümayəndələr Palatası tərəfindən hazırlanan ortaq mətnində Türkiyənin F-35 tipli döyüş təyyarələrinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən alınması nəzərdə tutulur.

“Hürriyyət” xəbər verir ki, sənədin Türkiyə ilə bağlı hissəsində Ankaranın F-35 təyyarələrinin alışına davam etməsi səbəbilə Türkiyəyə F-35 qırıcılarının təslim edilməməsi qeyd olunur.

Eyni zamanda, Türkiyəyə CAATSA qanunu çərçivəsində sanksiya tətbiq edilməsi gərəkdiyi ifadə edilir.

Büdcənin “Milli Müdafiə Strategiyası çərçivəsində Modernizasiya Proqramları” hissəsində Türkiyənin F-35 təyyarələri ilə bağlı bir detal yer alıb. Burada Türkiyə tərəfindən sifariş edilən təyyarələrin alışı üçün 440 milyon dollarlıq büdcə ayrılması nəzərdə tutulur.

“Konfrans üzvləri (Birləşmiş Ştatlar Konqresi Konfrans Komitəsi) Türkiyənin F-35 proqramından çıxarılmasını dəstəkləyir. Bu səbəbdən Müdafiə Nazirliyi Türkiyənin aldığı bütün F-35 təyyarələrinin geri alınmasını dəstəkləyir”, - büdcə hesabatında deyilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri