10 
Dek
2019
21:15
201
39
3659
Virtual karabakh

Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

10 Dek, 2019
21:15
3659

Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiya Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı Ermənistana ekstradisiya edəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorunun müşaviri Qor Abramyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarqsyanın ölkəsinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

“Bununla əlaqədar Ermənistanın Baş Prokurorluğu polisə Narek Sarqsyanın ekstradisiyasını təşkil etməyi tapşırıb”, - deyə Abramyan bildirib.

Xatırladaq ki, Narek Sarqsyan qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə axtarışa verilib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri