14 
Dek
2019
04:27
32
8
1943
Virtual karabakh

Britaniyanın İcmalar Palatası "Brexit"in müzakirəsinə başlayır

14 Dek, 2019
04:27
1943

Britaniyanın İcmalar Palatası "Brexit"in müzakirəsinə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Brexit"in həyata keçirilməsi haqqında qanun layihəsi gələn həftə yenidən Britaniya parlamentinin İcmalar Palatasının gündəliyinə daxil ediləcək.

TASS-ın verdiyi məlumata görə, bu barədə cümə axşamı Böyük Britaniyanın Baş naziri Boris Consonun dəftərxanasının yaydığı məlumatda deyilir.

"Baş nazir (telefon söhbətində) İrlandiyanın hökumət başçısına bildirib ki,  "Brexit" haqqında qanun layihəsi gələn həftə  yenidən daxil ediləcək və o, parlament tərəfindən bəyənilir", - deyə “Downing Street 10”nun Boris Consonun İrlandiyanın Baş naziri Leo Varadkarla söhbətinin nəticəsinə əsasən yaydığı bəyanatda bildirilir.

İki ölkənin liderləri yerli hökumətin 2017-ci ilin yanvarında dağılmağından sonra Şimali İrlandiyada hakimiyyət institutlarının bərpası məsələsini də müzakirə ediblər. Conson öz həmkarını Britaniyanın Nazirlər Kabinetinin uzanmış böhranı həll etmək üçün əlindən gələni edəcəyinə əmin edib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri