12 
Dek
2019
14:26
231
16
3677
Virtual karabakh

Myanmar lideri Haaqa məhkəməsi önündə

12 Dek, 2019
14:26
3677

Myanmar lideri Haaqa məhkəməsi önündə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Myanmarın Baş naziri Aung San Suu Kyi Birləşmiş Millətlər Təşkilatının Hollandiyada yerləşən Haaqa Beynəlxalq Ədalət Məhkəməsi önünə çıxıb.

“İslamnews” xəbər verir ki, Beynəlxalq Məhkəmə Myanmar hərbiçilərinin terrorçulara qarşı apardıqları əməliyyatlar zamanı Rohingya müsəlmanlarına qarşı kütləvi qətllər törətməsi faktını araşdırır.

Myanmar hökumətinə qarşı beynəlxalq məhkəmə prosesi Qambiya Respublikasının təşəbbüsü ilə irəli sürülüb. Qambiya nümayəndəsi İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edərək bildirib ki, onlar Myanmar hakimiyyətinin öz xalqına qarşı törətdiyi mənasız qətl və soyqırımın dayandırılmasını tələb edirlər.

Xatırladaq ki, bütün dünyanı dəhşətə gətirən hadisələr 2017-ci ildə Myanmanın Rakhayn ştatında baş verib. Hökumət qüvvələrinin terrorçulara qarşı apardığı hərbi əməliyyat zamanı yerli müsəlman xalqına qarşı kütləvi soyqırım törədilib. Myanmar hökuməti isə mülki əhaliyə qarşı hər-hansı gücün tətbiq edilmədiyini iddia edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri