12 
Dek
2019
15:51
15
171
3559
Virtual karabakh

“YouTube” vloqeri dostunu öldürüb dənizə atdı

12 Dek, 2019
15:51
3559

“YouTube” vloqeri dostunu öldürüb dənizə atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Kiprdə gənc “YouTube” vloqeri dostunu dənizə ataraq öldürüb.

Arif Gökçək Girnə şəhərinə istirahətə gələn 25 yaşlı dostu Xəlil Qaraqız ilə dəniz sahilində görüşüb və mübahisə ediblər.

Sondakika.com-un xəbərinə görə, mübahisə uzananda sərxoş olan Arif dostu Xəlilin başına daşla vurub, sonra onu dənizə itələyib.

Daha sonra o, evə gedərək polisə Xəlilin ailəsi ilə mübahisə etdiyini, ona “Özünə yaxşı bax. Sən mənim ən yaxşı dostumsan”, - deyərək özünü qayalıqlardan atdığını bildirib.

Hadisənin səhəri günü tibbi ekspertiza zamanı Xəlilin başından bərk alətlə vurulduğu məlum olub və Arif şübhəli kimi nəzarətə götürülüb.

İstintaq zamanı hadisəni törətdiyini etiraf edən vloqer məhkəməyə qədər polis nəzarətində olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri