14 
Dek
2019
05:36
39
16
1941
Virtual karabakh

Trampın vəkili Ukraynada Baydenə qarşı “vacib məlumat” toplayıb

14 Dek, 2019
05:36
1941

Trampın vəkili Ukraynada Baydenə qarşı “vacib məlumat” toplayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin vəkili Rudolf Culiani Ukrayna və bir sıra digər ölkələrə səfəri zamanı Donald Trampın opponentləri ilə bağlı vacib məlumatlar toplayıb.

Bu barədə hüquqşünas “The Wall Street Journal”a müsahibəsində bildirib.

Culianinin sözlərinə görə, Tramp bu səfərdə nə əldə etdiyini soruşduqda, o cavab verib: “Təsəvvür edə bildiyindən də çox şey”.
 
Vəkil qeyd edib ki, əldə edilən məlumatlar əsasında ABŞ lideri üçün 20 səhifəlik hesabat hazırlayır.

Xatırladaq ki, bir müddət əvvəl Culiani Ukraynada keçmiş və fəaliyyətdə olan rəsmi şəxslərdən  ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden və digər demokratların korrupsiyada iştirakını sübut edən materiallar almağa ümid etdiyini bildirmişdi.

O, məlumat toplamaq məqsədi ilə Ukrayna ilə yanaşı Latviya və Kiprə də səfər etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri