15 
Dek
2019
11:44
22
322
5182
Virtual karabakh

Rusiyada transgenderlərin nikahı qeydə alınıb

15 Dek, 2019
11:44
5182

Rusiyada transgenderlərin nikahı qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada transgenderlərin nikahı qeydə alınıb. 

“RİA Novosti” xəbər verir ki, nikah Tatarıstanın Kazan şəhərində baş tutub. 

Cinsini dəyişərək əks cinsə keçən Erika və Viktor dörd il əvvəl tanış olublar və evlənmətə qərar veriblər.  

Nikahın qeydə alınması zamanı heç bir problem yaranmayıb. 

Erika məsələ ilə bağlı açıqlama verib: “Əgər mən qadın kimi görünürəmsə, qadınlara aid sənədim var, Viktor kişi kimi görünürsə, kişilərə aid sənədi var. Nikah zamanı heç kimin heç nədən xəbəri olmadı”. 

Hələlik cütlüyün bir müddət Rusiyada yaşayacağı bildirilib. Daha sonra onların Avropaya gedəcəyi və övladlıq götürəcəyi ehtimal olunur. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri